"McLaren" 1998-ci ildən bəri ilk dəfə "Formula 1" Konstruktorlar Kubokunu qazanıb
Britaniyanın "McLaren" komandası "Formula 1" avtomobil yarışlarının 2024-cü il mövsümünün Konstruktorlar Kubokunun qalibi olub.
"Sizinxeber.az" xəbər verir ki, "McLaren"in britaniyalı pilotu Lando Norris mövsümün sonuncu, XXIV mərhələsi - Əbu-Dabi Qran-prisinin qalibi olub.
İkinci və üçüncü yerləri "Ferrari"nin pilotları - müvafiq olaraq ispaniyalı Karlos Sayns və monakolu Şarl Lekler tutublar. Lakin bu, italiyan kollektivin komanda hesabında "McLaren"ə çatmasına kömək etməyib. Daha əvvəl "Red Bull"dan olan niderlandlı Maks Ferstappen ardıcıl dördüncü dəfə dünya çempionu olub.
"McLaren" mövsümün yekununda 666 xal toplayıb, ikinci yeri tutan "Ferrari"nin aktivində 652 xal var, üçüncü yeri "Red Bull" tutub(589). "McLaren" "Formula 1"-in komanda yarışlarını doqquzuncu dəfə və 1998-ci ildən bəri ilk dəfə olaraq qazanıb. Ferstappen çempionatı 437 xalla başa vurub, ikinci yeri Norris (374 xal), üçüncü yeri isə Lekler (356) tutub.
2025-ci il mövsümünün ilk mərhələsi martın 14-16-da Avstraliyada keçiriləcək.
Oxşar xəbərlər
"McLaren" Bakıdakı yarışdan sonra Konstruktorlar kubokunda liderliyə yüksəlib
"McLaren" pilotu "Formula 1" üzrə Niderland Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
"McLaren" pilotu Formula 1 Niderland Qran-prisinə vəsiqə qazanıb
Norris ABŞ Qran-prisinin sıralama turunda qalib olub
Azərbaycan Qran-prisi: "Formula 1"in əsas yarışında "Ferrari" pilotu liderdir - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
