Tayson-Pol döyüşünün qalibi bəlli oldu
sizinxeber.az xəbər saytı

Tayson-Pol döyüşünün qalibi bəlli oldu


Dünya boksunun canlı əfsanəsi Mayk Tayson tanınmış bloger Ceyk Pola məğlub olub.

Sizinxeber.az xəbər verir ki, C.Pol Texas ştatının Arlinqton şəhərindəki AT&T arenada təşkil olunan peşəkar boks gecəsində hakimlərin yekdil qərarı ilə qalib elan olunub - 79:73.

Qarşılaşma 8 raunddan ibarət olub.

Qeyd edək ki, 58 yaşlı Tayson peşəkar karyerası ərzində 57 döyüş keçirib, bunların 50-də qələbə qazanıb, 7-də isə məğlub olub. O, peşəkar karyerasını 2005-ci ildə başa vurmuşdu.

Ceyk Pol isə peşəkar rinqdə keçirdiyi 11 döyüşün 10-da qələbə qazanıb, 1-də məğlub olub.


Oxşar xəbərlər

Mayk Tayson tanınmış bloqerə məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mayk Tayson - Ceyk Pol döyüşündə qalib bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniyalı boksçu Daniel Dyubua ağır çəki üzrə dünya çempionu olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hacı Əliyev karyerasını bitirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Alvares boks üzrə üç dünya çempionu titulunu qoruyub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər