Alvares boks üzrə üç dünya çempionu titulunu qoruyub
Meksikalı Saul Alvares 76,2 kq çəki dərəcəsində Dünya Boks Şurasının (WBC), Dünya Boks Assosiasiyasının (WBA) və Dünya Boks Təşkilatının (WBO) versiyasına görə dünya çempionu titulunu qoruyub.
“Sizinxeber.az” xəbər verir ki, o, Las-Veqasda (ABŞ, Nevada ştatı) keçirilmiş 12 raundluq döyüşdə yekdil qərarla puerto-rikalı Edqar Berlanqa qalib gəlib.
34 yaşlı Alvares WBC və WBA dünya titullarını yeddinci, WBO isə beşinci dəfə qoruyub. Bundan əvvəl Beynəlxalq Boks Federasiyası (IBF) kubalı Uilyams Skulla qarşı məcburi qorumanı yerinə yetirməkdən imtina etdiyi üçün onun kəmərini əlindən alan meksikalı mütləq dünya çempionu titulundan məhrum edilmişdi. Alvares 2021-ci ildə mütləq dünya çempionu titulunu qazanıb və onu üç dəfə qoruyub. 2022-ci ildə isə o, rusiyalı Dmitri Bivolla məğlub olub və 79,38 kq çəki dərəcəsində WBA dünya çempionu kəmərini qazana bilməyib. Meksikalının rekorduna indi 62 qələbə (39 nokautla), 2 məğlubiyyət və 2 heç-heçə daxildir.
Oxşar xəbərlər
Gender testindən keçə bilməyən Lin Yutin boks üzrə olimpiya çempionu olub
"Atletiko" dünya çempionu ilə müqavilə bağlayacaq
Azərbaycanın yeniyetmə cüdoçusu ikiqat dünya çempionu olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
