sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Mayk Tayson tanınmış bloqerə məğlub olub
Dünya boksunun canlı əfsanəsi Mayk Tayson tanınmış bloqer Ceyk Pola məğlub olub.
"Report" xəbər verir ki, C.Pol Texas ştatının Arlinqton şəhərindəki AT&T arenada təşkil olunan peşəkar boks gecəsində hakimlərin yekdil qərarı ilə qalib elan olunub - 79:73.
Qarşılaşma 8 raunddan ibarət olub.
Qeyd edək ki, 58 yaşlı Tayson peşəkar karyerası ərzində 57 döyüş keçirib, bunların 50-də qələbə qazanıb, 7-də isə məğlub olub. O, peşəkar karyerasını 2005-ci ildə başa vurmuşdu.
Ceyk Pol isə peşəkar rinqdə keçirdiyi 11 döyüşün 10-da qələbə qazanıb, 1-də məğlub olub.
Oxşar xəbərlər
Mayk Tayson - Ceyk Pol döyüşündə qalib bəlli olub
Britaniyalı boksçu Daniel Dyubua ağır çəki üzrə dünya çempionu olub
Azərbaycan Basketbol Liqası: "Sabah" qələbə qazanıb
Hacı Əliyev karyerasını bitirib
Alvares boks üzrə üç dünya çempionu titulunu qoruyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













