Mədəniyyət Naziliyi Görkəmli Sənətkarı Niyə Unutdu?
Azərbaycan teatr səhnəsinə ömrünü həsr edən, milli sənətimizi dünyaya tanıdan görkəmli rejissor Oruc Qurbanovun qiymətləndirilməməsi ictimaiyyətdə böyük təəssüf hissi doğurur. Onilliklər ərzində incəsənətə verdiyi töhfələrlə yaddaşlarda iz buraxan Qurbanov, sənət yolunda yorulmaz əməyi və yenilikçi baxışları ilə milli mədəniyyətimizə təkan verib. Lakin, təəssüf ki, bu gün Azərbaycan Mədəniyyət Nazirliyi onun əvəzsiz xidmətlərinə layiqincə dəyər vermədi
İzzət Qurbanov Oruc Qurbanova qarşı haqsızlığın səbəbini bilmədiyini vurğulayıb:
Səhnədə qurduğu möhtəşəm tamaşaları, öz dəsti-xətti və üslubu ilə yadda qalan Qurbanov, gənc rejissorlar üçün örnək olub, teatr aləmində yeni nəfəs gətirib. Lakin ustad sənətkar bu gün layiq olduğu diqqətdən kənarda saxlanılır. Vaxtıykən dəfələrlə onun əməyinə diqqət yetirilməsi üçün səslərimizi ucaltsaq da, Mədəniyyət Nazirliyi tərəfindən bu çağırışlara cavab verilməyib.
Oruc Qurbanovun ömür boyu teatr səhnəsində göstərdiyi fədakar əməyin Mədəniyyət Nazirliyi tərəfindən qiymətləndirilməməsi həm sənət, həm də gələcək nəsillər üçün böyük bir haqsızlıqdır. Onun ruhunu yaşatmaq, əsərlərini qorumaq, sənətini layiqincə dəyərləndirmək bu gün mədəniyyətimizin gələcəyi üçün zəruridir.Əminəm ki, Heydər Əliyev yaşasaydı bucür haqsızlıq olmazdı!
Atam son günlərini yaşayırdı. Gecənin birində dedi ki, mənim paltarımı geyindirin. "Prokuror” tamaşasında geyinəcəyi paltarını geyindirdik. Səhərə kimi tamaşanın məşqlərini elədi. Elə onunla da gözlərini yumdu”.
Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Oruc Qurbanov 2022-ci ildə 73 yaşında vəfat edib.
Oxşar xəbərlər
Bu gün Xalq artisti Siyavuş Aslanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
