Amin Məmmədov: "Abşeron yarımadasının 20 %-ə yaxın hissəsi neftlə çirklənib"
Abşeron yarımadasının ümumi ərazisinin 20 %-ə yaxın hissəsi neftlə çirklənmiş torpaqlardan ibarətdir.
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov "Ədalətli keçid dialoqu: Azərbaycanda yaşıl iqtisadiyyata ədalətli keçidin təmin edilməsi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, uzun illər aparılan neft hasilatı bu çirklənməyə səbəb olub:"Abşeron yarımadasının ümumi sahəsi 280 min hektardan çoxdur. Bu ərazinin təxminən 20 %-i neftlə çirklənmiş torpaqlardır. Hazırda həmin sahələr dövlətin və şirkətin balansındadır. Sevindirici haldır ki, son illərdə bu ərazilərin böyük hissəsinin təmizlənməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ciddi investisiyalar yatırılıb. Təbii ki, bu sahədə hələ də problemlərimiz var, lakin görülən işlərin miqyası da böyükdür".
A.Məmmədov Azərbaycanın "yaşıl enerji"yə keçid strategiyasına toxunub: "Enerjiyə keçidlə əlaqədar Azərbaycan BMT-nin İqlim Dəyişikliyi ilə Mübarizə üzrə Çərçivə Konvensiyasına üzvdür. 2024-cü ildə 29-cu görüşünü də Azərbaycan Bakıda keçirib. O konvensiya üzrə öhdəliklərimizə əsasən, biz artıq gələcək üçün hədəf qoymuşuq. Məsələn, 2030-cu ilə ümumi enerji təchizatımızın 40 %-dən çoxunun, əgər ala bilsək 50 %-ni, alternativ enerji mənbələri hesabına təmin etmək planlaşdırılır".
Mütəxəssis qeyd edib ki, kifayət qədər iddialı məqsəddir: "Amma ən azı o hədəfi 50 % qoymuşuqsa, indi 45 %-dən yuxarı müvəffəqiyyətlə nail ola bilərik. Əslində potensial bunun üçün fiziki olaraq var, amma burada da qeyd etmək lazımdır ki, mütəxəssis və kadr hazırlığı bu məsələdə çox vacibdir. Çünki bunun hamısını idarə etmək lazımdır ki, bunun üçün də mütəxəssis hazırlığı da çox vacibdir".
Oxşar xəbərlər
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman müşahidə olunur
Hidrometeorologiya Xidməti: Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərinə dolu yağması ehtimalı var
Qırğızıstanın ekologiya naziri: "İqlim maliyyələşdirilməsinə çıxış sadələşdirilməlidir" - EKSKLÜZİV
Amin Məmmədov: Karasev xarici dövlət başçısını təhqir edə bilibsə, sabah o, Rusiya rəhbərinə də qarşı bunu edəcək
Bakı və Abşeron yarımadasının bəzi ərazilərinə dolu yağıb - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
