Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək
UNESCO-nun Parisdəki mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçiriləcək.
Sizinxeber.az xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində keçirilən plenar iclasda deyib.
O bildirib ki, bu ilin sonunda Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Azərbaycan Mədəniyyət Nazirliyinin, Türk dövlətlərinin UNESCO yanında Daimi Nümayəndəliklərinin və Türk əməkdaşlıq təşkilatlarının iştirakı ilə UNESCO-nun Parisdəki mənzil-qərargahında Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır.
O vurğulayıb ki, bu təşəbbüslər ortaq mədəni yaddaşın möhkəmlənməsinə, Türk xalqları arasında əməkdaşlığın daha da inkişafına və Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına mühüm töhfə verəcək.
Oxşar xəbərlər
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-nun Parisdəki qərargahında qeyd olunacaq
Türk Dünyası Həftəsi çərçivəsində plenar iclas keçirilib
Aktotı Raimkulova: Birinci Türkoloji Qurultayın 100 illiyi Türk dövlətlərini ortaq tarix ətrafında birləşdirir
İyunda Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
