Xankəndidə təşkil olunan tikişçilik kursunu bitirən şəxslərə peşə sertifikatları təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xankəndi şəhərində təşkil olunan tikişçilik üzrə peşə kursunu bitirən daha bir qrup şəxsə peşə sertifikatları təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Sizinxeber.az"a verilən xəbərə görə, agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzində keçirilən tədbirdə işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlər üçün təşkil olunan peşə hazırlığı kursları onların məşğulluq imkanlarının genişləndirilməsində xüsusi önəm kəsb etdiyi qeyd olunub.
Xankəndi şəhərində təşkil olunan kurslara ümumilikdə işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən 500-dən çox müdavim cəlb edilib.
Nəzəri və praktik hissələrdən ibarət olmaqla iki növbəli təşkil olunan kursları uğurla başa vuran şəxslərin Xankəndi şəhərindəki tikiş fabrikində işlə təminatı həyata keçirilir.
Agentlik qeyd olunan kateqoriyalara aid şəxslərdən daha bir qrupu üçün gələn ay tikişçilik sahəsi üzrə peşə hazırlığı kursu təşkil edəcək. Həmin kursu başa vuranların da işlə təminatına dəstək göstəriləcək.
Oxşar xəbərlər
Xankəndidə 300-ə yaxın müdavimin peşə hazırlığı kursları davam edir - FOTO
Azad olunan ərazilərə köçürülən sakinlərdən 4 minədək şəxsin məşğulluğu təmin edilib
Dövlət Məşğulluq Agentliyi daha 112 nəfəri peşə hazırlığına cəlb edib
Daha 537 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
