Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
Sosial şəbəkələrdə və satış saytlarında iribuynuzlu heyvanların öd daşının alqı-satqısı ilə bağlı elanlar yenidən gündəmə gəlib. Belə ki, bəzi şəxslər müxtəlif xəstəliklərin müalicəsi məqsədilə qəssablara müraciət edərək heyvanın ödündən çıxan daşı almağa çalışır. İddialara görə, hazırda bu daşlar daha da bahalaşıb, qramı 20-25 manata təklif olunur.
Doğrudanmı mal-qaranın öd daşının faydası var?
Axar.az xəbər verir ki, heyvandarlıq sahəsi üzrə ekspert Tural Abdullayev Globalinfo.az-a açıqlamasında mal-qaranın öd daşına tələbatın artmasına onunla bağlı formalaşan ənənəvi və elmi olmayan inancların səbəb olduğunu bildirib:
“Xalq arasında bu daşın xüsusilə qaraciyər, öd yolları və bəzi iltihabi xəstəliklərə qarşı faydalı olduğu düşünülür, buna görə də insanlar alternativ müalicə vasitəsi kimi ona maraq göstərirlər. Heyvandarlıq və baytarlıq baxımından isə bu iddiaların elmi təsdiqi yoxdur.
Öd daşı əslində heyvanın orqanizmində yaranan patoloji törəmədir və müalicəvi xüsusiyyət daşıdığı sübut olunmayıb. Buna görə də belə məhsulların istifadəsi həm effekt verməyə, həm də sağlamlıq baxımından risk yarada bilər”.
Ekspert bildirib ki, deyilən qiymətlər sabit və rəsmi deyil:
“Elan saytlarında və qeyri-rəsmi satışlarda mal-qaranın öd daşı ilə bağlı qiymətlər adətən razılaşma yolu ilə və dəyişkən olur. Bazarda daha çox qramı 20-25, bəzi hallarda isə nadir və böyük daşlar üçün ümumi qiymət 80-100 manat, hətta daha yuxarı deyilir. Yəni qiymət standart deyil, çünki bu məhsulun rəsmi bazarı yoxdur. Dəyər əsasən daşın ölçüsü, nadirliyi və alıcı tələbi ilə formalaşır. Bəzi hallarda satıcılar qiyməti şişirdir, çünki alıcılar bunu “müalicəvi” hesab edir”.
Oxşar xəbərlər
Azərbaycanda heyvanların sığortası ilə bağlı şərtlər açıqlanıb
Azərbaycanda ət və ət məhsulları niyə bahalaşır? - Audit
Azərbaycana ət və süd tələbatını ödəmək üçün lazım olan damazlıq heyvan sayı açıqlanıb
Agentlik vətəndaşa verilən 21 baş qoyunun xəstə olması ilə bağlı iddialara aydınlıq gətirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
