Azərbaycana ət və süd tələbatını ödəmək üçün lazım olan damazlıq heyvan sayı açıqlanıb
- 29-10-2024, 11:30
- ASK
- 0
- 1 259
Azərbaycanda təxminən 450-500 min baş cins damazlıq iribuynuzlu heyvan hesabına ölkənin həm ət, həm də süd məhsulları üzrə daxili tələbatını tam ödəyə bilər.
Bunu "Report"a müsahibəsində xarici ölkələrdə innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqi üzrə məsləhət xidmətləri göstərən beynəlxalq ekspert, İqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədov bildirib.
Heyvandarlığın kənd təsərrüfatının mühüm sahələrindən biri olduğunu xatırladan ekspert hazırda Azərbaycanda bu sahədə bir sıra problemlərin mövcud olduğunu deyib: “Ölkənin əlverişli iqlim şəraiti heyvandarlığın bütün növlərinin inkişafına imkan versə də, xüsusilə qoyunçuluq sahəsində son illərdə geriləmə müşahidə olunur. Əsrlər boyu Azərbaycanın əsas məşğuliyyəti olan qoyunçuluq sahəsi dad, keyfiyyət və görünüş baxımından dünyada tanınan cinslərə malik olsa da, statistika göstərir ki, bu ilin əvvəlinə ölkədə 6,64 milyon baş qoyun mövcud idi. Təəssüf ki, bu rəqəm son 20 ilin ən aşağı göstəricisidir və təkicə ötən il qoyun sayı 531 min baş azalıb. Bu azalma 1992-ci ildəki 388 min başlıq azalmadan daha ciddi problem yaratmaqdadır. Qoyun sayının azalması 2015-ci ildən bəri davam edir.
İribuynuzlu mal-qaranın vəziyyəti də oxşardır. Ötən ilin sonuna ölkədə 2,51 milyon baş iribuynuzlu mal-qara mövcud idi ki, bu da il ərzində 111 min başlıq azalmadır və müstəqillik dövründəki ən böyük göstəricidir. Tələb və təklif qanununa əsasən, bu azalma birbaşa olaraq ət və ət məhsullarının qiymətinə təsir göstərir və bu gün ətin qiymətinin yüksəlməsində müşahidə olunur”.
X. Məmmədov bildirib ki, problem yalnız heyvan sayında deyil, məhsuldarlıqda da müşahidə olunur: “İribuynuzlu mal-qaranın təxminən 1,1-1,2 milyon başı südçü cinslərdir və gündəlik olaraq 7-12 litr süd verir: "Sağım dövrünün ildə 305 gün olduğunu nəzərə alsaq, hər heyvandan ildə maksimum 3,7 min litr süd əldə edilir ki, bu da Avropa ölkələrində və inkişaf etmiş ölkələrdəki 6-7 min litrlik göstəricidən xeyli azdır. Mövcud durumda atılacaq ilk addım sürətlə heyvanların damazlıq cins tərkibini dəyişdirməkdir".
Onun sözlərinə görə, hazırda Azərbaycanda təxminən 50 min baş cins mal-qara mövcuddur. X. Məmmədov hesab edir ki, təxminən 450-500 min baş cins damazlıq iribuynuzlu heyvan olarsa, ölkə həm ət, həm də süd məhsulları üzrə daxili tələbatını tam ödəyə bilər.


width="220" alt="Azərbaycanın qarabaşaq üzrə xaricdən asılılığına son qoyacaq addım açıqlanıb" />
width="220" alt="Ət idxalında kəskin artıb: Qiymətlər enəcək?" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />