Bakıda əməliyyat: saxlanılanlar var - Video
sizinxeber.az xəbər saytı

Bakıda əməliyyat: saxlanılanlar var - Video


DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Paytaxt ərazisində keçirilən tədbirlər zamanı Cavid Zamanov, Ehtiram Abdullayev və İlkin Baxşıyev saxlanılıblar.

Axar.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Onlardan 71 kq tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 13 min ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə narkokuryerlik etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işləri başlanılıb,saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Oxşar xəbərlər

DİN: 18 kq 500 qram narkotik vasitə və 1 435 ədəd yeni növ güclü təsiredici həb aşkarlanıb
Bakıda keçirilən əməliyyatda 27 kq narkotik aşkarlanıb
Narkotiklə bağlı tutulan mütəşəkkil dəstənin daha 2 üzvündən 26 kq narkotik vasitə götürülüb
Masallıda əməliyyat keçirilib, 39 kq narkotik aşkar olunub
Baş İdarə əməliyyat keçirib, 28 kq narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər