DİN: 18 kq 500 qram narkotik vasitə və 1 435 ədəd yeni növ güclü təsiredici həb aşkarlanıb
sizinxeber.az xəbər saytı

DİN: 18 kq 500 qram narkotik vasitə və 1 435 ədəd yeni növ güclü təsiredici həb aşkarlanıb


DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə qarşı əməliyyatlar davam etdirilir.

"Sizinxeber.az" xəbər verir ki, paytaxtın Binəqədi və Yardımlı rayonunda keçirilən əməliyyatlar zamanı mütəşəkkil dəstə üzvləri - əvvəllər məhkum olunmuş Malik Rəsulov, Şahin Hüseynzadə, Ayxan Rüstəmzadə və Surac Məmmədli saxlanılıblar. Onlara məxsus mənzil və avtomobildən 18 kq 500 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və ölkəyə yeni gətirilən 1 435 ədəd güclü təsiredici gabapentin həbi aşkarlanıb.

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Bakıda keçirilən əməliyyatlarda 15 kq narkotik aşkarlanıb
DİN əməliyyat keçirib, 15 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
Binəqədidə keçirilən əməliyyatda 24 kq narkotik aşkarlanıb
DİN əməliyyat keçirib, 24 kiloqram narkotik aşkarlanıb
DİN əməliyyatlar keçirib, 27 kiloqram narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle