Cəlilabadda 56 yaşlı qadın sahibsiz itlərin hücumuna məruz qalıb 
sizinxeber.az xəbər saytı

Cəlilabadda 56 yaşlı qadın sahibsiz itlərin hücumuna məruz qalıb 


Cəlilabad sakinini sahibsiz itlər dişləyib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Kazımabad kəndində baş verib.

Belə ki, kənd sakini, 1970-ci il təvəllüdlü R.Əsgərova sahibsiz itlərin hücumuna məruz qalıb. Hücum nəticəsində qadın müxtəlif dərəcəli xəsarətlər alıb.

Qadını itlərin caynağından kənd sakinləri xilas edib. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 1 nəfər it dişləməsi səbəbindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1970-ci il təvəllüdlü (qadın cinsli) şəxsə sol aşağı ətrafın irihəcmli cırılmış, dişlənmiş yaraları diaqnozu təyin edilib. Zəruri tibbi yardımlar göstərildikdən sonra vəziyyəti kafi qiymətləndirildiyindən o, ambulator müalicə üçün evə buraxılıb. Hazırda yaralının müalicəsi davam edir.

Oxşar xəbərlər

Qubada sahibsiz itlər 3 nəfərə hücum edib - YENİLƏNİB
Cəlilabadda 90 yaşlı kişini əqrəb sancıb - YENİLƏNİB
Qubada sahibsiz itlər 3 nəfərə hücum edib
Sumqayıtda it dişləməsi diaqnozu ilə 6 nəfər hospitalizasiya olunub
Qeyri-sabit hava şəraiti ilə bağlı təcili tibbi yardıma 60-dan çox müraciət daxil olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər