

Qeyri-sabit hava şəraiti ilə bağlı təcili tibbi yardıma 60-dan çox müraciət daxil olub
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şabran, Siyəzən və Ağsu rayonlarından güclü yağış yağması səbəbindən yaranan çətinliklər fonunda vətəndaşların müraciətləri qeydə alınıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Belə ki, Siyəzən rayonunun Həmiyə kəndi ərazisindən daxil olan çağırış əsasında Siyəzən Təcili Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb olunub. Güclü yağış səbəbindən yaranan çətinliklər fonunda sel təhlükəsi ilə üzləşən təxminən 57 nəfərə yerində ilkin tibbi yardım göstərilib. Həmin şəxslərdən daha ixtisaslı tibbi yardıma ehtiyacı olanlar təxliyə edilərək Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hazırda 26 nəfərin müalicəsi stasionar olaraq davam etdirilir.
Şabran rayonu ərazisindən 1970-ci il təvəllüdlü kişi Şabran Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxsə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Ağsu rayonunda isə selin ekskavatoru aparması nəticəsində xəsarət alan üç kişi Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Onlardan iki nəfərin müalicəsi Terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Digər şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, sözügedən hadisə nəticəsində bir kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.
Oxşar xəbərlər
Siyəzəndə sel nəticəsində zərərçəkənlərin son vəziyyəti məlum olub
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır
TƏBİB: Faytonçu Nazim insult keçirib
Hava şəraiti ilə əlaqədar təcili tibbi yardıma 60-dan çox müraciət edilib
Masallıda bazarda baş verən dəhşətli yanğın məhdudlaşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Coratda güclü yanğın baş verib
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
-
Ukraynanın xarici işlər naziri Bakıda Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
-
Azərbaycan və Ukrayna arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub
