Davit Allahverdiyan: Mənə qarşı münasibət yaxşı olub
sizinxeber.az xəbər saytı

Davit Allahverdiyan: Mənə qarşı münasibət yaxşı olub


Martın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit Allahverdiyan sərbəst ifadəsi zamanı ilkin istintaqda bütün suallara cavab verdiyini və məhkəmə istintaqı zamanı da cavab verəcəyini bildirib.

"Report" xəbər verir ki, o, özünə qarşı insani münasibət gördüyünü deyib:

“Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür edirəm. İndi də bütün suallara cavab verməyə hazıram”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 10-da davam etdiriləcək.

Oxşar xəbərlər

Ermənistan silahlı qüvvələrinin generalı Azərbaycana qarşı döyüşdüyünü məhkəmədə etiraf edib
Ermənistan silahlı qüvvələrinin generalı Davit Manukyan Azərbaycana qarşı döyüşdüyünü məhkəmədə etiraf edib
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi bu tarixdə davam etdiriləcək
Füzulinin işğalı nəticəsində 3,4 milyard manatdan artıq maddi ziyan vurulub
Laçının işğalı nəticəsində 2,7 milyard manatdan artıq maddi ziyan vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle