David Babayan: Xarici səfərlərə Ermənistan vətəndaşı kimi gedirdim
Təqsirləndirilən şəxs David Babayan aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dövlət ittihamçısının sualını cavablandırarkən bildirib ki, Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində yaradılmış qondarma qurumun “xarici işlər naziri” olarkən xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedib.
"Sizinxeber.az" xəbər verir ki, o, xarici səfərlərə Ermənistan pasportu ilə getdiyini qeyd edərək deyib:
“Müəyyən şəxslərdə (qondarma rejimin “vəzifəli” şəxsləri nəzərdə tutulur – red.) diplomatik pasport da var idi. Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi”.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Babayan: Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim
Manukyan Ermənistanın vaxtilə işğal edilmiş ərazilərdə yaratdığı qondarma rejimin uzaqmənzilli ballistik raketinin olmadığını bildirib
David İşxanyan Birinci Qarabağ müharibəsində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın roluna dair açıqlama verib
Manukyandan daha bir etiraf: Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində xidmət edən hərbçilər təhsil üçün xaricə Ermənistan tərəfindən göndərilir
David Babayan: Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərin Azərbaycana inteqrasiyasının əleyhinə idik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












