Azərbaycan Özbəkistanın axtarışa elan etdiyi şəxsi ekstradisiya edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Özbəkistanın axtarışa elan etdiyi şəxsi ekstradisiya edib


Azərbaycan Özbəkistanın vəsatəti əsasında bu ölkənin vətəndaşını ekstradisiya edib.

"Sizinxeber.az"a Baş Prokurorluqdan verilən məlumata əsasən, cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmiş 1962-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Rzayev Akif İmran oğlunun həmin dövlətin Cinayət Məcəlləsinin 168-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi (xüsusilə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ilə məhkum edilməsinə dair ittiham hökmünün icrası üçün verilməsi ilə bağlı Özbəkistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. 

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən Akif Rzayevin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Oxşar xəbərlər

Azərbaycan axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Azərbaycan axtarışda olan Özbəkistan vətəndaşını ölkəsinə təhvil verib
Beynəlxalq axtarışda olan şəxslər Rusiya və Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Axtarışa verilmiş şəxs ölkəmizə ekstradisiya olundu
Beynəlxalq axtarışa verilmiş daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle