Abşeronda əməliyyat keçirilib, axtarışda olan 36 nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Abşeronda əməliyyat keçirilib, axtarışda olan 36 nəfər saxlanılıb


Abşeron Rayon Polis İdarəsinin və ərazi üzrə Saray, Mehdiabad və Qobu Polis Bölmələrinin əməkdaşları hüquqpozmalara qarşı əməliyyat və profilaktik tədbirlər keçirib.

Daxili İşlər Nazirliyindən "Sizinxeber.az"a verilən məlumata görə, əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 7 fakt aşkarlanıb.

Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 36 nəfər saxlanılıb, “isti izlərlə” 37 cinayətin üstü açılıb.

Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 136, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 43 fakt aşkarlanıb.

Həmçinin Abşeron rayonunda aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar könüllü polisə təhvil verilib.

Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 2, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18, dayanma-durma qaydalarını pozan sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb.

 

Oxşar xəbərlər

Abşeronda dayanma-durma qaydalarını pozan 416 sürücü inzibati məsuliyyətə cəlb edilib
Abşeronda xuliqanlıq və kibertalama ilə bağlı 63 fakt aşkarlanıb
Bakıda 11 kq narkotik, 9 odlu silah aşkarlanıb
Ağdaşda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib
Bakıda əməliyyat keçirilib, 11 kiloqram narkotik və doqquz ədəd odlu silah aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle