Bakıda 11 kq narkotik, 9 odlu silah aşkarlanıb
Nərimanov rayonunda polis əməliyyat keçirib, 11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlanıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Nərimanov Rayon Polis İdarəsinin və ərazi Polis Şöbələrinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, odlu silah-sursatın əməliyyat və profilaktik tədbirlərlə aşkar edilməsi istiqamətində əməliyyatlar keçiriblər.
Tədbirlərlə 40 yaşlı Danial Alıyev, 35 yaşlı Nizami Bayramov, tanışı 34 yaşlı Nicat Əlizadə, 37 yaşlı Cəlil İsmayılov və narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 7 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 11 kiloqram tiryək, marixuana, metamfetamin, 100 ədəd psixotrop tərkibli təsiredici həb aşkar olunaraq götürülüb. Nizami Bayramov, Nicat Əlizadə və Cəlil İsmayılovdan əlavə olaraq 1 ədəd “AKM” markalı avtomat, 1 ədəd “Makarov” tapançası, 8 ədəd patron və patron darağı da aşkar edilib.
Bu şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarının vasitəsi ilə əldə edib paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.
Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar aparılır.
Bundan başqa Nərimanov rayonunda aparılan profilaktik tədbirlər zamanı 1 ədəd “Kalaşnikov” avtomatı tapılıb və vətəndaşlarda saxlanılan 6 ədəd tüfəng könüllü olaraq polisə təhvil verilib.
Oxşar xəbərlər
Bakıda əməliyyat keçirilib, 11 kiloqram narkotik və doqquz ədəd odlu silah aşkarlanıb
Samux sakinindən narkotik vasitə və silah aşkarlanıb
Nərimanov rayonunda əməliyyat zamanı 5 narkokuryer və silahlı şəxs saxlanılıb - VİDEO
Şəkidə silah və narkotik vasitələr satan şəxslər saxlanılıblar - FOTO
Binəqədidə əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













