Abşeronda xuliqanlıq və kibertalama ilə bağlı 63 fakt aşkarlanıb
sizinxeber.az xəbər saytı

Abşeronda xuliqanlıq və kibertalama ilə bağlı 63 fakt aşkarlanıb


Abşeron rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 11 fakt aşkarlanıb.

Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, mülkiyyət eleyhinə və digər cinayətlər törətdiklərinə görə axtarışda olan 11 nəfər saxlanılıb, “isti izlərlə” 31 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 162, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 63 fakt aşkarlanıb, mülki axtarışda olan 22 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 6, avtoxuliqanlıq hərəkətlərinə yol verən və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 23, dayanma-durma qaydalarını pozan 416 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Oxşar xəbərlər

Abşeronda dayanma-durma qaydalarını pozan 416 sürücü inzibati məsuliyyətə cəlb edilib
Axtarışda olan 71 nəfər saxlanılıb
Axtarışda olan 128 nəfər saxlanılıb
DİN: Borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılıb
Borca görə axtarışda olan 25 nəfər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle