Yardımlıda cinsi zorakılığa məruz qalan azyaşlı qıza və qardaşına qəyyum təyin edilib
Yardımlıda cinsi zorakılığa məruz qalan azyaşlı qıza və qardaşına qəyyum təyin edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Şəbnəm Cəfərova məlumat verib.
O qeyd edib ki, hər iki azyaşlı Bakıdakı sığınacaqlardan birinə yerləşdiriləcək:
"Hazırda baş vermiş hadisə ilə bağlı istintaq tətbirləri həyata keçirilir. Hər iki uşaq yetkinlik yaşına çatmayıb. Cinsi zorakılığa məruz qalan yalnız qız uşağıdır. Buna baxmayaraq, azyaşlı olduğundan hər iki uşağa qəyyum təyin edilib. Azyaşlının anası və ögey atası təqsirləndirilən şəxslər sırasındadır. Uşaqların bioloji atası isə həyatda deyil".
Xatırladaq ki, Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı ilə əlaqədar onun anası və digər dörd nəfər həbs edilib.
Oxşar xəbərlər
Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq faktı ilə bağlı 4 nəfər həbs edilib, anası qarşı cinayət işi açılıb
Cinsi zorakılığa məruz qalmış uşaqlarla işləyən mütəxəssislərin hazırlanması meyar sayılacaq
Xudatda ana azyaşlı övladına xəsarətlər yetirib - YENİLƏNİB
Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib - TƏFƏRRÜAT
Anasının işgəncə verdiyi azyaşlıya qəyyum təyini üçün müraciət olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













