Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib - TƏFƏRRÜAT
Bakıda həbs edilən tanınmış karate müəllimi Tərlan Cavadovun nədə ittiham edildiyi məlum olub.
"Sizinxeber.az"un əldə etdiyi xəbərə görə, T.Cavadov yetkinlik yaşına çatmayan şəxslə cinsi münasibətdə şübhəli bilinir.
Zərərçəkmişin onun yetirməsi olduğu bildirilir. Azyaşlının valideynləri tərəfindən Yasamal Rayon Polis İdarəsinə müraciət daxil olub. Polis tərəfindən müraciət dərhal araşdırılıb və T.Cavadov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Yasamal Rayon Məhkəməsi tərəfindən karate müəllimi barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, T.Cavadov uzun illərdir karate üzrə yetirmələr hazırlayır.
Oxşar xəbərlər
Bakıda karate müəllimi azyaşlıyla cinsi münasibətdə olduğu üçün həbs edilib - TƏFƏRRÜAT
Azyaşlı qızını evləndirmək istəyən ata həbs edildi
Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlananlar 2 min manat cərimələnəcək, həbs olunacaq
Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər həbs olunacaq
14 yaşlı qızla münasibətdə olan şəxs həbs edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













