Anasının işgəncə verdiyi azyaşlıya qəyyum təyini üçün müraciət olunacaq
sizinxeber.az xəbər saytı

Anasının işgəncə verdiyi azyaşlıya qəyyum təyini üçün müraciət olunacaq


Anasının işgəncə verdiyi azyaşlıya qəyyum təyin edilməsi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət olunacaq. 

Bu barədə “Report”a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, bəzi prosedurların həyata keçirilməsi, uşağın hüquqi müdafiəsi, tibbi ekspertizaların tam reallaşdırılması üçün qəyyum təyini mütləqdir: 

"Ona görə də Suraxan Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edəcəyəm”.

K.Ağazadə bildirib ki, azyaşlı hazırda tibbi ekspertizadan keçirilir: 

“Bundan sonra onu pediatriya şöbəsinə yönləndirəcəyik. Daxili qanaxmaları yoxdur, amma ciddi fiziki və psixoloji xəsarətləri var. Anasına qaytaracağımızdan qorxduğuna görə onunla ciddi işləyirik".

Birlik sədri vurğulayıb ki, uşaq 3 yaş 6 aylıqdır, amma çox məntiqli, fikirlərini səlis izah edə bilir:

"Bu səbəbdən qısa zamanda adaptasiya olunacağını düşünürəm".

K.Ağazadə həmçinin uşağın atası ilə bağlı hansısa məlumatın olmadığını söyləyib. 

Xatırladaq ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb. Ana Fatimə Ramazanova çəkdiyi və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf edib.

Oxşar xəbərlər

Anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib
Övladına işgəncə verən ana saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB
"Ayağına tüpürcək inyeksiya edilən qadının əlillik təyinatı aparılmayıb" - ŞİKAYƏT
"Qarabağ" rəsmiləri Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı ilə görüşüblər
Bakıda magistral xəttin üstündə bina tikildi, istilik kəsildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər