Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq faktı ilə bağlı 4 nəfər həbs edilib, anası qarşı cinayət işi açılıb
sizinxeber.az xəbər saytı

Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq faktı ilə bağlı 4 nəfər həbs edilib, anası qarşı cinayət işi açılıb


Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyi nin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib.

Həmçinin azyaşlının anasına CM-nin 171 ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır:

"Azyaşlı reabilitasiyaya cəlb ediləcək,sığınacağa yerləşdiriləcək".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan "Report"a faktı təsdiqləyiblər.

Qeyd olunub ki, faktla başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Hadisənin təfərrüatları açıqlanmayıb.

Oxşar xəbərlər

Azyaşlıya zorakılıq göstərən anası saxlanılıb, cinayət işi açılıb
Ermənistanda 74 yaşlı kişi azyaşlıya zorakılıq edib
Bakıda azyaşlı uşağa işgəncə verən atalığı həbs edilib
UNICEF: Haitidə uşaqlara qarşı cinsi zorakılıq 1 000 % artıb
Azyaşlı qızını evləndirmək istəyən ata həbs edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər