David Babayan: Qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı
Təqsirləndirilən şəxs – David Babayan aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dövlət ittihamçısının sualını cavablandırarkən deyib ki, vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistan Respublikasının “.am” domeni ilə qeydiyyata alınıb.
APA xəbər verir ki, o, həmin veb-saytların təhlükəsizliyinin təmin edilməsi ilə vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərdə yaşayan erməni sakinlərin məşğul olduqlarını, yəni, onların Ermənistan Respublikasına aid saytlara müdaxilə etmək hüququnun olduğunu bildirib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
David Babayan: Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərin Azərbaycana inteqrasiyasının əleyhinə idik
Babayan: Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim
Erməni general: Qondarma rejimin “müdafiə naziri”ni Ermənistan prezidenti təyin edirdi
Manukyan Ermənistanın yaratdığı qondarma rejimin uzaqmənzilli ballistik raketinin olmadığını bildirib
David Babayan: Xarici səfərlərə Ermənistan vətəndaşı kimi gedirdim
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













