Babayan: Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim
sizinxeber.az xəbər saytı

Babayan: Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim


Təqsirləndirilən şəxs – David Babayan aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dövlət ittihamçısının sualını cavablandırarkən bildirib ki, Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində yaradılmış qondarma qurumun “xarici işlər naziri” olarkən xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedib.

APA xəbər verir ki, o, xarici səfərlərə Ermənistan pasportu ilə getdiyini qeyd edərək deyib: “Müəyyən şəxslərdə (qondarma rejimin “vəzifəli” şəxsləri nəzərdə tutulur – red.) diplomatik pasport da var idi. Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi”.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

David Babayan: Xarici səfərlərə Ermənistan vətəndaşı kimi gedirdim
David Babayan: Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərin Azərbaycana inteqrasiyasının əleyhinə idik
Erməni general: Qondarma rejimin “müdafiə naziri”ni Ermənistan prezidenti təyin edirdi
Manukyan Ermənistanın yaratdığı qondarma rejimin uzaqmənzilli ballistik raketinin olmadığını bildirib
Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle