Xaçmazda narkotik satışı ilə bağlı iki nəfər tutulub
sizinxeber.az xəbər saytı

Xaçmazda narkotik satışı ilə bağlı iki nəfər tutulub


Xaçmazda narkotiklərin satışı ilə bağlı iki nəfər saxlanılıb.

Bu barədə Sizinxeber.az-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı 46 yaşlı Namiq Ələkbərov və 42 yaşlı Natiq Mütəllimov saxlanılıb. Onlardan külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanıb.

Saxlanılan şəxslərin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Xaçmaz rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı 11 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Oxşar xəbərlər

Oğuzda narkotik alverçiləri saxlanılıb
Polis Göyçayda əməliyyat keçirib - silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb
Oğuzda 8 kiloqram narkotik vasitə aşkarlanıb
Şəkidə 26 kq narkotik dövriyyədən çıxarılıb
Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle