Oğuzda narkotik alverçiləri saxlanılıb
sizinxeber.az xəbər saytı

Oğuzda narkotik alverçiləri saxlanılıb


Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətuat Xidmətinin Şəki regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, tədbirlərlə narkotiklərin satışı ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 48 yaşlı Zaman Mabudov və 41 yaşlı Samir Mustafayev saxlanılıb.

Onlardan narkotik vasitə marixuana aşkar olunub. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyatlar nəticəsində isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 7 nəfər tutularaq istintaqa təhvil verilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Şəkidə silah və narkotik vasitələr satan şəxslər saxlanılıblar - FOTO
Oğuzda 8 kiloqram narkotik vasitə aşkarlanıb
Zaqatalada keçmiş məhkumdan 4 kq narkotik vasitə götürülüb
Şəkidə silah və narkotik vasitələr satmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Biləsuvarda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər