Polis Göyçayda əməliyyat keçirib - silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
mar
2025
09:50

Polis Göyçayda əməliyyat keçirib - silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb

04 mar, 2025
09:50
825

Polis Göyçayda əməliyyat keçirib - silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 43 yaşlı Rəşad Babaşov saxlanılıb.

Ondan 5 kiloqram 525 qram marixuana, 2 kiloqram 650 qram tiryək, 1 kiloqram həşiş, 500 qrama yaxın heroin, 100 ədəd tramadol və tapança aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib. Məhkəmənin qərarı ilə R.Babaşov barəsində həbs qətimkan tədbiri seçilib.

Keçirilən digər əməliyyatlarla Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Röyal Səmədov, Rafiq İsmayılov və daha 15 nəfər tutulub. Onlardan heroin, marixuana və metamfetamin aşkar olunub.

Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın