sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.
"Sizinxeber.az"un bölgə müxbirinin məlumatına görə, hadisə bu gün gecə saatlarında Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndindən keçən hissəsində baş verib.
Belə ki, İsmayıl Piriyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub. Nəticədə C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Şəkidə 15 yaşlı oğlanı avtomobil vuraraq öldürüb
Mingəçevirdə avtomobil piyadanı vuraraq öldürüb
Füzulidə avtomobil piyadanı vuraraq öldürüb
"Jurnalistlər binası"nın qarşısında avtomobil piyadanı vuraraq öldürüb
Şəkidə yük maşını piyadanı vuraraq öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













