"Toplum TV" işi üzrə məhkəmə başlayır
"Toplum TV" işi üzrə məhkəmə başlayır.
Bu barədə Sizinxeber.az-ya vəkil Zibeydə Sadıqova məlumat verib.
O, bildirib ki, cinayət işi materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub.
İş hakim Vüqar Seyidovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası aprelin 2-nə təyin olunub.
Xatırladaq ki, ötən il martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.
Oxşar xəbərlər
Ələsgər Məmmədli ilə bağlı qərar verilib
Ələsgər Məmmədli və Ruslan İzzətlinin həbs müddəti uzadılıb - YENİLƏNİB
"Toplum TV" işi üzrə saxlanılan Fərid İsmayılov həbs olunub - YENİLƏNİB
"Toplum TV" işi ilə bağlı daha bir nəfər saxlanılıb
"Toplum TV" işində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimat verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
