Ələsgər Məmmədli ilə bağlı qərar verilib
sizinxeber.az xəbər saytı

Ələsgər Məmmədli ilə bağlı qərar verilib


Media eksperti, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə daxil olan vəsatətə baxılıb.

Vəkil Fəxrəddin Mehdiyevin APA-ya verdiyi xəbərə görə, bu gün Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, vəsatət təmin edilməyib.

Qeyd edək ki, Ələsgər Məmmədli “Toplum TV” işi üzrə həbs edilib.

Xatırladaq ki, ötən il martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.

Oxşar xəbərlər

Ələsgər Məmmədli və Ruslan İzzətlinin həbs müddəti uzadılıb - YENİLƏNİB
"Toplum TV" işi üzrə saxlanılan Fərid İsmayılov həbs olunub - YENİLƏNİB
"Toplum TV" işi ilə bağlı daha bir nəfər barəsində həbs qətimkan tədbiri seçilib – YENİLƏNİB
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
"Toplum TV" işində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimat verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle