

Kibercinayətkarlıqla bağlı axtarışa verilən şəxs Qazaxıstandan Azərbaycana gətirilib
Kibercinayətkarlıqla bağlı axtarışa verilən şəxs Qazaxıstandan Azərbaycana gətirilib.
Baş Prokurorluqdan Sizinxeber.az-ya verilən məlumata görə, Qazaxıstan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Şahin Həmdulla oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Belə ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Məmmədov Şahin Həmdulla oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Şahin Məmmədov Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bugün Azərbaycana gətirilib.
Oxşar xəbərlər
Qazaxıstanda saxlanılan şəxs Azərbaycana gətirilib
Beynəlxalq axtarışa verilən şəxs Rusiyada saxlanılaraq Azərbaycana gətirilib
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışa verilmiş 2 şəxs Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fox News Kiyevi Rusiya şəhəri adlandırıb: XİN reaksiya verir
-
WSJ: Tramp strategiyasında köklü dəyişikliklər edib
-
Uitkoff Romada ABŞ – İran danışıqlarından sonra Qrossi ilə görüşüb
-
ABŞ husilərin Sənadakı mövqelərinə 21 zərbə endirib
-
İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq
-
Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verildi
