Beynəlxalq axtarışa verilmiş 2 şəxs Azərbaycana ekstradisiya edilib
Xaricdə saxlanılan şəxslər Azərbaycana ekstradisiya olunub.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım vəhüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Vüsal Şahmalı oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bundan başqa, "Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Yusifov Elşən Ələddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
V.Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında sifarişlə qəsdən adam öldürmə, E.Yusifovun isə xuliqanlıq və qanunsuz olaraq odlu silah saxlama cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
E.Yusifov Gürcüstan ərazisində saxlanılaraq 17.09.2024-cü il tarixdə, Vüsal Məmmədov Rusiya Federasiyasının ərazisində saxlanılaraq 23.09.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Oxşar xəbərlər
Axtarışda olan iki nəfərin Azərbaycana ekstradisiyası haqqında vəsadətlər təmin olunub
Beynəlxalq axtarışda olan altı şəxs Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib
Axtarışa verilmiş şəxs ölkəmizə ekstradisiya olundu
Beynəlxalq axtarışa verilmiş 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













