İki milyon manatdan çox leqallaşdırmada təqsirləndirilən Rusiya vətəndaşının cinayət işi Baş prokurorun birinci müavininə qaytarılıb
sizinxeber.az xəbər saytı

İki milyon manatdan çox leqallaşdırmada təqsirləndirilən Rusiya vətəndaşının cinayət işi Baş prokurorun birinci müavininə qaytarılıb


Qumar oyunları təşkil edərək iki milyon manatdan çox leqallaşdırmada təqsirləndirilən Rusiya vətəndaşı Ruslan Karlin barəsindəki cinayət işi Baş prokurorun birinci müavininə qaytarılıb.

"Sizinxeber.az" un məlumatına görə, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində qərar verilib.

Məhkəmə təqsirləndirilən şəxsin vəsatəti əsasında onun müdafiə hüququnun pozulduğu, həmçinin ittiham aktının düzgün tərtib edilmədiyi və kobud qanun pozuntularına yol verildiyi qənaətinə gəlinib.

Bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilib, eləcə də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycanın Baş prokurorunun birinci müavininə qaytarılıb.

Həmçinin məhkəmənin qərarı ilə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin müvəkkili barəsində xüsusi qərar çıxarılıb.

Qeyd edək ki, Ruslan Karlin 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

O, Azərbaycan banklarına məxsus bank kartı məlumatlarını və sim kartları ölkə hüdudlarından kənarda olan şəxslərə göndərməkdə və həmin bank kart məlumatlarını qumar oyunları, eləcə də qanunsuz idman mərc oyunlarının təşkil edildiyi onlayn platformalara qoymaqda ittiham edilib.

İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxs bu yolla 2 milyon 642 min 072 manat pulu leqqallaşdırıb.

Ruslan Karlin Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 244-1.2.2 244-1.2.2-ci (qumar oyunu təşkil etmə) maddələri ilə ittiham edilib.

Oxşar xəbərlər

Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi başlayır
Baş Prokurorluq: 140 milyon manatdan artıq vəsaiti ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Beş ailə üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi təxirə salınıb
Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər həbs edilib, 147 milyon manat pul ölkəyə qaytarılmayıb
Liftlər üçün ayrılmış iki milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilən sabiq rəislə bağlı qərar verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər