Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb
Lənkəranda ata və oğulun xəsarət alması ilə nəticələnən yanğın baş verib.
Sizinxeber.az-nın verdiyi məlumata görə yanğın hadisəsi gecə saatlarında Lənkəran rayonunun Girdəni kəndində fərdi yaşayış evlərinin birində baş verib.
Yanğın 1961-ci il təvəllüdlü kənd sakini Zakir Murtuza oğlu Əliyevə məxsus birmərtəbəli yaşayış evinin zirvəsində qeydə alınıb.
Yanğın zamanı ev sahibi Zakir Əliyev və oğlu, Murad Əliyev xəsarət alıb. Xəsarət alan 64 yaşlı Z. Əliyevin vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən alovun evə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Zaqatalada fərdi yaşayış evində yanğın baş verib
Şəkidə 6 otaqlı evdə yanğın olub
Zaqatalada 8 otaqlı yaşayış evi yanıb
Balakəndə yaşayış evində yanğın olub
Şəmkirdə 3 otaqlı ev yanıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













