Zaqatalada 8 otaqlı yaşayış evi yanıb
Zaqatalada 8 otaqlı fərdi yaşayış evi yanıb.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, gecə saat 04 radələrində rayonun Uzuntala kəndində, kənd sakini Kamal Mohuma oğlu Qarayeva məxsus, ümumi sahəsi 240 kv/m olan kürsülü birmərtəbəli 8 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Zaqatala və Balakən rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları və iki otağın yanar kontruksiyları ev əşyaları ilə birlikdə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəkidə fərdi yaşayış evi yanıb
Zaqatalada yaşayış evi yanıb - VİDEO
Şəkidə 4 otaqlı ev yanıb
Balakəndə yaşayış evində yanğın olub
Zaqatalada fərdi yaşayış evində yanğın baş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
