Balakəndə yaşayış evində yanğın olub
sizinxeber.az xəbər saytı

Balakəndə yaşayış evində yanğın olub


Balakəndə ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, Balakən rayonunun Tülü kəndində kənd sakini Ramil Loğman oğlu Bayramova məxsus, ümumi sahəsi 160 kv/m olan ikimərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Balakən rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki otaqlardan birinin 16 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəkidə fərdi yaşayış evi yanıb
Şəkidə 4 otaqlı ev yanıb
Zaqatalada fərdi yaşayış evində yanğın baş verib
Zaqatalada yaşayış evi yanıb - VİDEO
Zaqatalada fərdi yaşayış evində yanğın olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle