sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX əməliyyat keçirib
Bakı şəhəri Səbail rayon məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı Şərifov Kənan Urfan oğlu barəsində həbs qətimkan tədbiri seçib.
Sizinxeber.az-nın əldə etdiyi xəbərə görə, Kənan Şərifov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.
O, digərləri ilə birlikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.
Oxşar xəbərlər
MİDA-nın Sumqayıt və Lənkəranda mənzillərin güzəştlə satışı başa çatıb - YENİLƏNİB
Bu gün MİDA-nın ilk mənzili 23 saniyədə satılıb
Ruben Vardanyanın həbs müddəti uzadılıb
DTX polkovnik-leytenant Qəhraman Məmmədovun 70 kq qızılla İstanbulda saxlanılması barədə məlumat yayıb
Tanınmış aktyor Azərbaycana İstanbul-Bakı reysi ilə külli miqdarda narkotik gətirməkdə şübhəli bilinir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













