"Bizim dövr" qəzetinin həbsdə olan baş redaktoru Surxay Əliyevə və müavininə cəza istənilib
"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyevin və müavini Hikmət Nəcəfli barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Surxay Əliyevin 9 il, Hikmət Nəcəflinin 9 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif edib.
Vəkillər çıxış üçün vaxt istəyib.
Məhkəmə fevralın 12-də davam etdiriləcək.
Qeyd edək ki, onlar polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilirlər.
Oxşar xəbərlər
Reketçiklikdə ittiham olunan jurnalistlərin istintaqı başa çatıb
Bəxtiyar Hacıyevə 11 il həbs cəzası istənilib
"Kanal-11"in həbsdə olan rəhbəri Teymur Kərimova hökm oxunub
Külli miqdarda dələduzluqda ittiham olunan şirkət nümayəndəsinə cəza istənilib
Nazim Bəydəmirliyə cəza istənilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
