Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, həyata keçirilən operativ tədbirlər sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı 3 nəfər xilas olunub, 12-si uşaq olmaqla 36 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində binanın 10-cu mərtəbəsindən 15-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik kabelləri yanıb.
Mənzillər yanğından mühafizə olunub.
***
18:20
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasında yanğın baş verib
Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasında yanğın baş verib - VİDEO
Xırdalanda yaşayış binasında yanğın baş verib, 23 nəfər təxliyə olunub - VİDEO
Nərimanov rayonundakı binada baş verən yanğın zamanı 10 sakin təxliyə edilib - YENİLƏNİB 2
Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib - YENİLƏNİB - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












