Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasında yanğın baş verib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırov küçəsində onbirmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
APA xəbər verir ki, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının zirzəmisində baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 11-ci mərtəbədə liftdə qalan 5 nəfər xilas edilib, tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub.
Yanğın nəticəsində onbirmərtəbəli yaşayış binasının zirzəmisində elektrik otağında 10 ədəd sayğac, qoruyucu açar və 20 p.m. kabel yanıb.
Mənzillər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasında yanğın baş verib
Nərimanov rayonundakı binada baş verən yanğın zamanı 10 sakin təxliyə edilib - YENİLƏNİB 2
Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub - VİDEO
Bakıda binada yanğın, tüstülənmiş evlərdən sakinlər təxliyə olunub
Bakıda mənzildə yanğın olub, yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












