Nərimanov rayonundakı binada baş verən yanğın zamanı 10 sakin təxliyə edilib - YENİLƏNİB 2
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Nazirlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının şaxtasında baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub.
Yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtası boyunca 51p.m elektrik kabelləri, 16 ədəd plastik şaxta qapısı, 5 ədəd qoruyucu açar və liftin idarəetmə lövhəsi yanıb.
Mənzillər yanğından mühafizə olunub.
***
08:34
Yanğın 16 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Sizinxeber.az xəbər verir ki, yanğın nəticəsində 5 ədəd sayğac və liftin idarəetmə lövhəsi yanıb.
Eyni zamanda, binanın qarajında dayanmış "Mitsubishi" markalı minik avtomobilinin ön hissəsi yanıb.
10 nəfər bina sakini təxliyə edilib. 2 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
***
07:34
Fövqəladə Hallar Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
06:41
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Sizinxeber.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Oxşar xəbərlər
Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib - YENİLƏNİB 1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbaildə açıq sahədə yanğın tam söndürülüb - YENİLƏNİB-1 - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbaildə açıq sahə başlayan yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












