Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasında yanğın baş verib
sizinxeber.az xəbər saytı

Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasında yanğın baş verib


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırov küçəsində onbirmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Sizinxeber.az xəbər verir ki, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının zirzəmisində baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 11-ci mərtəbədə liftdə qalan 5 nəfər xilas edilib, tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub.

Yanğın nəticəsində onbirmərtəbəli yaşayış binasının zirzəmisində elektrik otağında 10 ədəd sayğac, qoruyucu açar və 20 p.m. kabel yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Nərimanov rayonundakı binada baş verən yanğın zamanı 10 sakin təxliyə edilib - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda mənzildə yanğın olub, yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbaildə açıq sahədə yanğın tam söndürülüb - YENİLƏNİB-1 - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər