Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir, helikopter cəlb olunub - YENİLƏNİB-1 - VİDEO
sizinxeber.az xəbər saytı

Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir, helikopter cəlb olunub - YENİLƏNİB-1 - VİDEO


Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilir.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

"Hazırda vətəndaşların axtarışları Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir", məlumatda deyilir.

***

13.52

Yanvarın 13-də Lənkəranda Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçıların axtarışları davam edir.

APA-nın cənub bürosu xəbər verir ki, axtarışa Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb edilib.

Helikopter axtarışlara başlayıb.

***

12.53

Lənkəranda dənizdə itkin düşmüş balıqçıların axtarışları davam etdirilir.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranda dənizdə itkin düşdüyü ehtimal edilən balıqçılar - Mahmud İbayev və Nazim Abbasovun axtarışları davam edir.

İtkin düşən Nazim Abbasovun qardaşı İsmayıl Abbasov APA-ya bildirib ki, hava şəraiti ilə bağlı bir neçə gün dənizə çıxmaq mümkün olmayıb, bu gün yenidən axtarışlara başlanılıb. FHN-in Cənub Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri yenidən axtarışa cəlb olunub: "Bu günə kimi hər iki ailə adından müvafiq qurumlara, o cümlədən Təbrizdəki konsulluğumuza rəsmi müraciət olunub. Bu gün konsulluqdan cavab alınıb ki, Nazim Abbasov Rusiya vətəndaşı olduğu üçün həmin ölkənin Azərbaycandakı səfirliyinə də müraciət olunmalıdır. Ailə üzvləri bu gün Rusiya səfirliyinə məlumat verəcəklər".

Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun itkin düşdüyü ehtimal edilir.

Oxşar xəbərlər

Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir
Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir, helikopter cəlb olunub - YENİLƏNİB - VİDEO
Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışına helikopter cəlb olunub - FOTO - YENİLƏNİB - VİDEO
Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir - FOTO
FHN: Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle