Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışına helikopter cəlb olunub - FOTO - YENİLƏNİB - VİDEO
Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilir.
APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.
Axtarış arealının genişləndirilməsi və axtarışların intensivliyinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri də Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış-xilasetmə əməliyyatına cəlb edilib.
Əlavə məlumat veriləcək.
***
17.02
Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonunun Siyavar kəndi ərazisində itkin düşən balıqçılar 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışlarına helikopter cəlb olunub. Helikopter saat 16:20 radələrindən axtarışlara başlayıb.
Hazırda Xəzər dənizinin Lənkəran və Astara istiqamətində axtarışlar davam etdirilir.
Oxşar xəbərlər
FHN: Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir - YENİLƏNİB-1
Lənkəranda dənizə çıxan 2 balıqçıdan xəbər yoxdur
Lənkəranda itkin düşən balıqçıların axtarışlarına helikopter cəlb edilib - YENİLƏNİB
Pirşağıda dənizdə batdığı ehtimal olunan 27 yaşlı oğlanın axtarışları davam edir - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
