Azyaşlı övladı işgəncə ilə öldürülən məhkum qadın məhkəmədə ifadə verib
Azyaşlı uşağı işgəncə ilə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınan, hazırda həbsdə olan İpək Əhmədova ifadə verib.
Zərərçəkmiş Yaşarın narkotik istifadəçisi olduğunu, övladının və özünün dəfələrlə Yaşar tərəfindən döyüldüyünü bildirib: "Yaşarın Eldəniz adlı tanışı var. Hətta o bizdə olanda belə Yaşar uşağı da, məni də döyürdü. Evimizdəki qırmızı sobanı uşaqla mənim başımda qırdı. Yaşar Mirəlini kəmərlə döyüb və ayağını sındırıb”.
Təqsirləndirilən Yaşar Abbasov İpək Əhmədovanın ifadəsinə münasibət bildirərkən qeyd edib ki, pulu olmadığı üçün Eldənizdən onları həkimə aparmağı xahiş edib: "Onları həkimə aparmağı mən Eldənizdən xahiş etdim. Həkimdən qayıdarkən İpək Eldənizdən onu öz evlərinə aparmağı istəyib. Uşaq orda öləndən sonra deyib aparın basdırın. İpəyi ancaq narkotikdən istifadə etdiyi üçün döymüşəm. Uşağa yazığım gəldiyi üçün mənimlə qalmağı onlara təklif etmişəm”.
İpək Əhmədova vəkilin işgəncələrlə əlaqəli sualına aydınlıq gətirərək bildirib ki, Yaşar uşağı döyüb, çarpayının altına, özünü də paltar şkafına salırmış. Uşağım səhər ölsə də, mənə imkan vermədilər onu dəfn edim və kiməsə bu barədə nəsə deyim”.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Məhkəmə fevralın 19-da davam etdiriləcək.
Qeyd edək ki, Yaşar Abbasova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. O, qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, doqquz yaşlı fiziki qüsurlu oğlu Əli Seyidvəli oğlu Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilir.
Zərərçəkən şəxsin hüquqi varisi olan anası hazırda məhkumdur. İpək Əhmədova narkotik vasitələrin istifadəsi ittihamı ilə həbs olunub.


width="220" alt="Tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası artırılıb" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />