Bakıda həmyaşıdını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən gəncə cəza istənilib
sizinxeber.az xəbər saytı

Bakıda həmyaşıdını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən gəncə cəza istənilib


Bakıda həmyaşıdını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rəhim Əsədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edib. O, təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses yanvarın 15-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rəhim Əsədov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Rəhim Əsədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham irəli sürülüb. O, ifadəsində özünü tam təqsirli bilib və Rəşid İmanovu öldürdüyünü etiraf edib. Rəhim Əsədov Rəşidi ona borca pul vermədiyinə və söydüyünə görə qətlə yetirdiyini deyib. Onun sözlərinə görə, mərhumla "Instagram" sosial şəbəkəsində tanış olub.

Xatırladaq ki, Rəşid İmanovun atası əvvəlki proseslərdə oğlunu öldürməkdə ittiham edilən şəxsdən şikayətçi olmadığını, onu bağışladığını deyib.

Oxşar xəbərlər

Bakıda həmyaşıdını qətlə yetirməkdə ittiham olunan 18 yaşlı oğlanın məhkəməsi başlayıb
İdmançı xalası oğlunu öldürməkdə ittiham olunan şəxsə 18 il cəza istənilib
Bakıda kafedə bayram günü 2 nəfərin qətlinə görə tutulan şəxsə ömürlük cəza istənilib
Ata məhkəmədə oğlunun qatilini bağışladığını deyib
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle