Lənkəranda itkin düşən balıqçıların axtarışlarına helikopter cəlb edilib - YENİLƏNİB
Lənkəran rayonunun Siyavar kəndi ərazisində itkin düşən balıqçılar 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışlarına helikopter cəlb olunub.
"Report"un cənub bürosu xəbər verir ki, helikopter saat 16:20 radələrindən axtarışlara başlayıb.
Hazırda Xəzər dənizinin Lənkəran və Astara istiqamətində axtarışlar davam etdirilir.
Lənkəran şəhəri şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində 2 nəfər balıqçının 13 yanvar 2025-ci il tarixində itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir.
Bu barədə "Report"a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.
Oxşar xəbərlər
FHN: Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir - YENİLƏNİB-1
Lənkəranda itkin düşən balıqçıların axtarışları davam etdirilir - RƏSMİ
Lənkəranda dənizə çıxan 2 balıqçıdan xəbər yoxdur
Lənkəranda itkin düşdüyü hesab olunan kişinin meyiti tapılıb
İtkin düşən Şirvan sakini Bakıda tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











