Sumqayıtda 21 yaşlı gənc bıçaqlanıb - YENİLƏNİB
DİN Sumqayıtda 21 yaşlı gəncin bıçaqlanması ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Sumqayıt şəhərində 2003-cü il təvəllüdlü K.Məhərrəmova kəsici-deşici alətlə xəsarət yetirildiyi və xəstəxanaya yerləşdirildiyi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü E.Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
09.14
Sumqayıtda 21 yaşlı gənc bıçaqlanıb.
APA xəbər verir ki, hadisə 1-ci məhəllə ərazisində qeydə alınıb.
2003-cü il təvəllüdlü Kənan Ceyhun oğlu Məhərrəmov aralarında baş vermiş münaqişə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda 21 yaşlı gənc bıçaqlanıb
Sumqayıtda 53 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB
Sumqayıtda 15 yaşlı yeniyetməni həmyaşıdı bıçaqlayıb - YENİLƏNİB
Sumqaytda 19 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb
Sumqayıtda 18 yaşlı oğlan bıçaqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













